“İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Premyer Liqa təmsilçisindən "Unikal"a verilən məlumata görə, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.
“İmişli” 2024/2025-ci illər mövsümündə məhz Fərid Namazovun rəhbərliyi altında I Liqadan Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.


















.jpg)


.jpg)







.jpg)





















