Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində Ordubad rayonunu təbii qazla təmin edən magistral xətdə yaranmış qəza aradan qaldırılıb.
"Unikal" xəbər verir ki, hadisə səbəbindən bu gün saat 16:55-dən etibarən Ordubad rayonunun qaz təchizatı müvəqqəti dayandırılmışdı. Aidiyyəti qurumun əməkdaşları tərəfindən aparılan operativ təmir-bərpa işləri uğurla yekunlaşdırılıb və rayona təbii qazın verilişi tam şəkildə bərpa olunub.
*** 17:57
Ordubad rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti qırılıb.
"Unikal" xəbər verir ki, bu səbəbdən bu gün saat 16:55-dən etibarən rayonun qaz təchizatı dayandırılıb.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır. İşlər yekunlaşandan sonra rayona təbii qazın verilişi bərpa olunacaq.






















.jpg)


.jpg)







.jpg)




















