Ukraynada məktəblərdə dərs zamanı mobil telefonların, planşetlərin və ağıllı saatların istifadəsini məhdudlaşdıran qanun qəbul oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Təhsil, elm və innovasiya komitəsi məlumat yayıb.
Komitə Ukraynanın "Təhsil haqqında" Qanununun 53-cü maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, dərs zamanı şagirdlərin diqqətinin rəqəmsal cihazlara yönəlməsinin qarşısının alınması nəzərdə tutulur. İstisna yalnız cihazlardan tədris məqsədləri və ya tibbi zərurət olduqda istifadə edilməsinə şamil edilir.
Parlament üzvləri qanun layihəsini birinci oxunuşdan sonra yenidən işlənməsi üçün müvafiq müzakirələrə göndəriblər.
Komitə, həmçinin Təhsil və Elm Nazirliyinə mütəxəssislərlə birlikdə orta məktəblərdə rəqəmsal cihazlardan istifadənin dəqiq tənzimlənməsini təmin edəcək hərtərəfli mexanizmin hazırlanmasını tövsiyə edib.
Hazırda Ukrayna qanunvericiliyində sinif otaqlarında mobil telefonlardan istifadəni birbaşa qadağan edən norma yoxdur. Buna görə də məktəb rəhbərliyinin bu cihazları müsadirə etməsi üçün hüquqi əsas mövcud deyil.
Eyni zamanda, təhsil müəssisələri muxtariyyətə malik olduqlarından, onlar daxili qaydalarını müəyyən edə və məktəb nizamnaməsi çərçivəsində rəqəmsal cihazlardan istifadəni məhdudlaşdıra bilərlər.








.jpg)




.jpg)



.jpg)




.jpg)



.jpg)

.jpg)


.jpeg)










.jpg)














