Aksarayda, Ankara-Nide şossesində sərnişin avtobusu yoldan çıxaraq aşıb.

"Unikal" xəbər verir ki, İstanbuldan İraqa gedən avtobusda baş verən qəzada uşaqlar da daxil olmaqla 40 nəfər yaralanıb.

65 BJ 369 nömrə nişanlı sərnişin avtobusunun sürücüsü Yahya A. nəqliyyat vasitəsinin idarəetməsini itirib. Hadisə yerinə polis, jandarma, tibbi qruplar, AFAD (Fəlakət və Təcili Yardım İdarəsi) və yanğınsöndürmə briqadaları göndərilib.

İki sürücü, bir köməkçi sürücü və uşaqlar da daxil olmaqla 37 sərnişin yaralanıb. Yaralı 40 nəfər təcili yardım maşını ilə şəhərdəki xəstəxanalara aparılıb.