12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Kliniki Tibbi Mərkəzdən "Unikal"a verilən məlumata görə, onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.
Hazırda hər birinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.