Gəncədə minik maşını yanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, "VAZ 21 099" markalı minik maşını anidən alışıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı avtomobillin mühərrik hissəsi yanıb. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov