Vətəndaşları evə çağıraraq cinsi əlaqədə olduqdan sonra hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən translar - Aysun Səmədova (red-ad, soyad şərtidir) və Məmmədəli Muradovun (red-ad, soyad şərtidir) cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, hər iki trans qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən  tamah niyyəti ilə əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında  rüsvayedici məlumatları yaymaqla özgənin pulunu hədə-qorxu ilə tələb ediblər. 

Belə ki, onlar 2023-cü ilin fevralında Əli Babayevi (red-ad, soyad şərtidir) 100 manat müqabilində cinsi əlaqədə olduğunu bildirib onu Yasamalda kirayə yaşadıqları evə dəvət ediblər. 

Zərərçəkmiş şəxs həmin mənzilə daxil olduqdan sonra cinsi ehtirasını ödəmək məqsədi ilə qadın  kimi bildiyi lakin cinsi azlıq nümayəndəsi olan Aysunun (red-ad, soyad şərtidir) qadın olmadığını,  cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdikdən sonra mənzildən çıxmaq istəyib. Digər trans Məmmədəli Muradov (red-ad, soyad şərtidir) mobil telefonla  zərərçəkmişin videosunu  çəkərək, transın evinə gəldiyini,  onlarla cinsi əlaqədə olduğunu, həmin  video görüntüləri  sosial şəbəkələrdə yayaraq onu tanışları arasında rüsvay edəcəyini bildirib. 

Zərərçəkmiş başqa çıxış yolunun olmadığını görərək üzərində olan 100 manatı onlara verib. 

Bundan başqa translar özlərini qadın kimi təqdim edərək, 2023-cü ilin oktyabr ayında Yaşar Rzayev (red-ad, soyad şərtidir) adlı şəxsi 120 manat müqabilində yaşadıqları evdə  cinsi əlaqədə olduğunu bildirirərək dəvət ediblər. 

Zərərçəkmiş evə gələrək 120 manatı Aysuna verib sonra yataq otağına keçdikdən sonra onun əslində cinsi azlıq nümayəndəsi olduğunu müəyyən etdir. Mənzildən çıxmaq istəyərkən  qrupun digər üzvü Məmmədəli Muradov onu video görüntüyə çəkərək, cəmiyyət içində rüsvay edəcəyini, ancaq bunu etməməsi müqabilində zərərçəkmişin üzərində olan 400 manatı hədə-qorxu ilə tələb edərək alıblar. 

Bundan başqa onlar, 2023-cü ilin dekabrında Elman Həmidovu və Süleyman Hətəmovu (red-ad, soyad şərtidir) 80 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olmaq üçün dəvət ediblər. Hər iki şəxsə qarşı da eyni aqibəti yaşadıblar. Süleymanın üzərində 30 manat pulu alıblar. 

Bundan başqa onlar, 2023-cü il dekabrın sonunda İlham Nadirovu (red-ad, soyad şərtidir) 100 manat müqabilində yaşadığı evdə cinsi əlaqədə olmaq üçün dəvət ediblər. Zərərçəkmiş həmin mənzilə daxil olduqdan sonra qadın bildiyi Aysunun cinsi azlıq nümayəndəsi  olduğunu bildikdən sonra evdən çıxmaq istəyib. Digər otaqdan çıxan qrup üzvü Məmmədəli Muradov zərərçəkmişi videoya çəkərək rüsvay edəcəyini bildirib. Zərərçəkmiş isə qorxaraq üzərində olan 100 manatı ona verib. 

Bununla da hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Onlar barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Aysun Səmədova (red-ad, soyad şərtidir) və Məmmədəli Muradov (red-ad, soyad şərtidir) 5 il 2 ay 7 gün müddətinə azadlıqdan məhrum ediliblər. 

Orxan Rasifoğlu