Yaponiyalı alimlər insanlarda yeni dişlərin yetişməsinə imkan verə biləcək preparatın klinik sınaqlarına başlayıblar. Mütəxəssislər hesab edirlər ki, dərman uğurla təsdiqlənərsə, 2030-cu ilə qədər istifadəyə verilə bilər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, preparat ilk mərhələdə könüllülər üzərində uğurla sınaqdan keçirilib. Müalicə əsasən anadangəlmə diş çatışmazlığı olan şəxslər üçün nəzərdə tutulsa da, gələcəkdə travma və ya kariyes səbəbindən dişlərini itirən insanlara da kömək edə bilər.
Preparat Osaka şəhərində yerləşən Kitano Tibb Elmi-Tədqiqat İnstitutunun və Kioto Universitetinin alimləri tərəfindən hazırlanıb. Araşdırma zamanı müəyyən edilib ki, xüsusi bir zülal çənədə mövcud olan, lakin aktiv olmayan diş rüşeymlərinin inkişafını dayandırır.
Alimlərin hazırladığı TRG-035 preparatı həmin zülalın təsirini bloklayaraq “yatan” diş rüşeymlərini aktivləşdirir və üçüncü nəsil dişlərin inkişafını stimullaşdırır. Siçanlar və gəlinciklər üzərində aparılan təcrübələrdə preparatdan sonra yeni dişlərin uğurla çıxdığı müşahidə olunub.
Klinik sınaqların ilk mərhələsi 2024-cü ilin sentyabrında Kioto Universiteti Xəstəxanasında başlayıb. Araşdırmada yaşı 30-65 arasında olan, ən azı bir azı dişi çatışmayan 30 sağlam kişi iştirak edib. İlkin nəticələrə əsasən, preparat ciddi yan təsir göstərməyib və təhlükəsizlik baxımından ümidverici nəticələr əldə olunub.
Gülayə Mecid





















































jpg_1731486413.jpg)
