İsrail Baş naziri Benyamin Netanyahu həftəlik Nazirlər Kabineti iclasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında diqqətəlayiq açıqlamalar verib.
"Unikal" İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu Türkiyədən gələn açıqlamaların İsrail hökuməti tərəfindən ciddi qəbul edildiyini vurğulayıb:
"Ərdoğan demək olar ki, hər gün İsrail dövlətinin məhv edilməsinə çağırış edir. Biz bu sözləri çox ciddi qəbul edirik, çünki xalqımızın tarixində öyrəndiyimiz bir şey varsa, o da budur: əgər kimsə sizə sizi məhv edəcəklərini desə, siz də onları ciddi qəbul edin".
Bu qiymətləndirmələrdən sonra Netanyahu məsələnin artıq beynəlxalq diplomatik arenaya çıxarılacağını açıq şəkildə bildirib.
Digər tərəfdən, Ərdoğan Sakaryanın Sapanca rayonunda keçirilən AK Partiyanın 33-cü Məsləhətləşmə və Qiymətləndirmə Toplantısının bağlanış proqramına qatılıb və Qəzzada baş verən qırğına görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunacağını bildirib.
"Qəzza qırğınının günahkarları mütləq məsuliyyətə cəlb olunacaqlar; biz bunu görməzdən gələ bilmərik. Bu soyqırımda günahkar olanlar məsuliyyətə cəlb ediləcək", - deyə Türkiyə lideri ifadə edib.
Qeyd edək ki, İsrail Nazirlər Kabineti qondarma "erməni soyqırımı"nın rəsmi olaraq tanıması təklifini yekdilliklə təsdiqləyib.
Gülayə Mecid

















































jpg_1731486413.jpg)




