Şida Kartlidə dövlət boru kəmərindən qaz oğurlayaraq şəxsi yanacaqdoldurma məntəqəsini təşkil edən iş adamı saxlanılıb.
"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, istintaq müəyyən edib ki, həmin şəxs 2024-2025-ci illərdə Gürcüstan Qaz Nəqliyyatı Şirkətinin magistral boru kəmərinə qanunsuz qoşulmaqla dövlətə məxsus 4,3 milyon lari (təxminən 1,6 milyon dollar) dəyərində qazı müvəqqəti yanacaqdoldurma məntəqəsi üçün mənimsəyib. İş adamını 6 ildən 10 ilə qədər həbs gözləyir