"Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavriat təhsil səviyyəsi üzrə bəzi ixtisaslarda dərslər 4 günə endirilib".
Bu barədə "Unikal"a AzMİU Media və Ictimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev məlumat verib.
O, bildirib ki, bu təcrübə ötən semestrlərdə tətbiq olunub.
"Bu il də bəzi ixtisaslar üzrə həftədə 4 gün dərsin olması mümkündür", - N. Abdullayev vurğulayıb.
Qeyd edək ki, AzMİU ilə yanaşı, Bakı Dövlət Universitetində də bəzi ixtisaslar üzrə dərslər 4 günə endirilib.
Gülayə Mecid