Yaponiyanın paytaxtı Tokioda güclü yağışlar səbəbindən beynəlxalq hava limanı bağlanıb, dəmir yolu hərəkəti dayandırılıb.
"Unikal" xəbər verir ki, su basmış şəhərin görüntülərini xarici KİV məlumat yayıb.
Bildirilir ki, bir neçə əraziyə - Setaqaya 92 mm, Otaya 88,5 mm, cəmi 1 saat ərzində güclü yağıntı düşüb. Ötən gün 7 mindən çox ev bir neçə saat işıqsız qalıb.
"İnsanlar dizə qədər suda gəzirlər, metro stansiyaları su altında qalıb, Yaponiyanın 100-dən çox aviaşirkəti reysi təxirə salınıb və ya ləğv edilib", - məlumatda qeyd olunub.