Türkiyənin Ermənistan-Türkiyə nizamlanması prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana gedib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan məlumat verib.
"Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı Ermənistan-Türkiyə sərhədində, Marqara keçid məntəqəsi yaxınlığında qarşılayıb", - deyə diplomat qeyd edib.
Ağarza Elçinoğlu