Rusiya Xarici İşlər Nazirliyi Polşanın Belarusla sərhədi bağlamaq qərarının ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, Polşanın 11 sentyabr tarixindən etibarən bütün avtomobil və dəmir yolu keçid məntəqələrini bağlaması beynəlxalq tərəfdaşlara zərər vuracaq.

Onun sözlərinə görə, bu addım Polşanın həm müttəfiq ölkələrinin, həm də yerli sahibkarlarının maraqlarına ziddir. Zaxarova Varşavanı qərarı yenidən nəzərdən keçirməyə çağırıb.