Varşavanın Polşa ərazisindəki dron hekayəsi ilə bağlı ritorikasında yeni heç nə yoxdur.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

"Varşavadan eşitdiyimiz bəyanatların ritorikasına gəlincə - orada yeni heç nə yoxdur. Bu ritorika son vaxtlar demək olar ki, bütün Avropa paytaxtları üçün xarakterikdir. Biz onun davamını görürük", - o, bildirib.

Peskov əlavə edib ki, Kremlin Rusiya Müdafiə Nazirliyinin Polşadakı “pilotsuz təyyarə insidentinə” dair açıqlamasına əlavə edəcək heç nə yoxdur.

Xatırladaq ki, sentyabrın 9-dan 10-na keçən gecə Polşa öz ərazisində ən azı 23 pilotsuz uçan aparatı vurub  Baş nazir Donald Tusk hadisəyə görə Rusiyanı günahlandırıb.

Gülayə Mecid