Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas Polşada baş vermiş dron insidentindən sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini vəd edib. 

"Unikal" xəbər verir ki,  bu  barədə məlumat Avropa Komissiyasının saytında yerləşdirilib. 

Onun sözlərinə görə, Avropanın hava məkanının pozulması “yalnız bizim Ukraynanı və onun xalqını Rusiyaya qarşı müdafiəsində və hərtərəfli, ədalətli və davamlı sülh axtarışında dəstəkləmək əzmini gücləndirir”.

"Biz Rusiya və onun müttəfiqlərinə qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmaqla Moskvanın xərclərini artırmağa davam edəcəyik. Biz beynəlxalq tərəfdaşlarla da çalışacağıq ki, Rusiyaya bu müharibəni dayandırması üçün təzyiq göstərək", - Kallas bildirib.

Gülayə Mecid