Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-i saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.