İtaliya futbolunun tanınmış klublarından "Palermo"nun keçmiş prezidenti Paul Baccalini Milanda yerləşən evində ölü tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı Baccalininin cansız bədənini həyat yoldaşı aşkarlayıb.

Baccalini 2017-ci ildə qısa müddət "Palermo" klubuna rəhbərlik edib. Həmin vaxt o, bir investisiya fondu ilə birlikdə klubun əksər səhmlərini almağa çalışsa da, bu təşəbbüs baş tutmamışdı.