İsveçli qapıçı Marko Yohansson Təbrizin "Traktor" klubuna transfer olunub.
"Unikal" xəbər verir ki, 27 yaşlı, qolkiper daha öncə ölkəsində və Almaniyanın "Hamburq", "Boxum" kimi klublarında çıxış edib.
O, həmçinin Avropa Liqası və Çempionlar Liqasının seçmə mərhələsində oynayıb, İsveç yığmasının U-15-dən U-21-ə qədər bütün yaş qruplarında forma geyinib.