Kuba Milli Elektrik Sisteminin tam dayandırılması ilə üzləşib.
"Unikal" xəbər verir ki, bu barədə Respublikanın Energetika və Mədən Sənayesi Nazirliyi "Facebook"da məlumat yayıb.
İşin dayandırılmasının ilkin səbəbinin "Matanzas" şəhərindəki CTE Guiteras istilik elektrik stansiyasında baş vermiş qəza olduğu bildirilir. Kritik obyektləri təmin etmək üçün müvəqqəti mikro-enerji təchizatı sistemləri yaradılıb
Bu, Kubada son bir ildə dördüncü ümumielektrik kəsilməsidir. Adadakı enerji böhranı köhnəlmiş infrastruktur, yanacaq çatışmazlığı və 1960-cı ildən bəri tətbiq olunan ABŞ sanksiyaları ilə daha da ağırlaşır.