"Hakimiyyət dəyişikliyi məsələsi həmişə gündəmimizdə olub, bu gün də gündəmimizdədir və buna nail olmağın ən düzgün və optimal yolu Hökumətə, Baş Nazirə etimadsızlıq bildirmək, yəni impiçmentdir".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərə açıqlamasında deyib.

O, impiçmentdən danışarkən dünən internetdə yayılan məlumatları xatırladıb: "Beynəlxalq təcrübə, dünən dünyada baş verənlər, Nepal və Fransada iki böyük hadisə. Xalqın etimadını qazanmayan hökumətə impiçment tətbiq etməyin iki yolu var: bir yol Nepalın, zorakılıqla, qətllərlə, digəri Fransanın, parlament vasitəsilə. İndi biz xalqımıza nə təklif etməliyik?"

Ağarza Elçinoğlu