NATO baş katibi Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

"Unikal" xəbər verir ki, Rutte Ukraynadakı münaqişəyə son qoymağa  və “eskalasiyanı dayandırmağa” çağırıb. O, həmçinin "müttəfiqlərin hava məkanını pozmamağı" tələb edib.

 “Müttəfiqlər müttəfiq ərazisinin hər qarışını müdafiə etmək əzmindədirlər”, - Rutte bildirib.

Sentyabrın 10-da səhər saatlarında Donald Tusk "X" sosial şəbəkəsində Polşanın hava məkanının Rusiyaya məxsus pilotsuz təyyarələrin "külli miqdarda" tərəfindən pozulduğunu rəsmən elan edib . O qeyd edib ki, ölkənin təhlükəsizliyinə birbaşa təhdid yaradan pilotsuz təyyarələr məhv edilib.