ABŞ prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün həm Rusiya, həm də Ukraynaya təzyiq göstərməyə çalışır.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens deyib.

"Əsasən, biz  həm ruslara, həm də ukraynalılara təzyiq göstərməyə çalışaq ki, onları masa arxasında əyləşib sövdələşməyə sövq etsinlər”, - o, ifadə edib.

Bundan əvvəl Amerika lideri Donald Tramp Rusiyanı iqtisadi cəhətdən təcrid etmək üçün  heç bir səbəb görmədiyini vurğulayıb.