Rusiya Media Liqasının “Broke Boys” klubunun 17 futbolçusu zəhərlənib. 

"Unikal" xəbər verir ki, bu barədə klubun prezidenti Dmitri Eqorov açıqlayıb. 

Hadisə “Leon Saturn”la Rusiya kubokunun Regionlar Yolunun III tur matçı öncəsi baş verib: "Dünən axşam saatlarında zəhərlənənlərin sayı 17 nəfərə çatdı. İshal və qusma qızdırma ilə əvəz olundu. Mənim qızdırmam da qalxdı. Lakin səhərə yaxın uşaqlar sakitləşməyə başladılar, qızdırma getməyə başladı", - o bildirib. 

Eqorov əlavə edib ki, hələ ki, matçın oynanılıb-oynamayacağı barədə məlumat yoxdur.

Ağarza Elçinoğlu