Malatyanın Hekiman rayonunda iki qatar toqquşub. Qəzada 1 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Hadisə yerinə çox sayda xilasedicilər cəlb olunub. Xəsarət alan 1 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu