Parisdə hökumətin və Fransa prezidenti Emmanuel Makronun iqtisadi siyasətlərinə qarşı etiraz aksiyaları zamanı 95 nəfər həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə TF1 Info məlumat yayıb.
Bildirilir ki, nümayişlər böyük şəhərlərə və kiçik qəsəbələrə yayılır. Asayişi qorumaq üçün 80 min polis və jandarm cəlb edilib. Paris dairəvi yolunda nəqliyyatın hərəkəti indi ciddi şəkildə əngəllənib.