Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Cəyirli kəndində fəaliyyət göstərən, Rüstəmov Pərviz Qəzənfər oğluna məxsus “Kəlbəcər” kafesində yoxlama keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı mətbəxdə divar və tavan səthlərinin təmirsiz olduğu, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.