Kəlbəcərdə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində baş verib. Belə ki, hərəkətə olan "ATEKO" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 2005-ci il təvəllüdlü F.Əmrahov və 2004-cü il təvəllüdlü N.Ağayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov