Göygöl sakini elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü H.Abbasov öz həyətində elektrik xətlərini təmir edən zaman onu cərəyan vurub. 75 yaşlı kişi dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov