Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ milli komandaları arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsinin mümkünlüyündən danışıb.

"Unikal" xəbər verir ki, "Sport24.ru" rusiyalı baş diplomatın fikirlərini belə təqdim edib: 

"Ümumi maraqlar? İdmanı qeyd edəcəm. Xokkey, futbol. ABŞ Meksika və Kanada ilə birlikdə dünya çempionatına ev sahibliyi edəcək. Bilirəm ki, bəzi dairələr, o cümlədən FİFA rəhbərliyi artıq 2018-ci ildə mundialın təşkilatçısı olmuş və 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ölkələr arasında futbol matçının keçirilməsi imkanını müzakirə edir". 

Qeyd edək ki, Rusiya millisi siyasi motivlərə görə 2022-ci ildən FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq turnirlərdən uzaqlaşdırılıb.