Xəbər verdiyimiz kimi, Avropa çempionu İspaniya millisinin və İspaniya çempionu “Barselona”nın 18 yaşlı cinah oyunçusu Lamine Yamal pasportunu Türkiyədə itirib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Türkiyədən şəxsi təyyarəsi ilə İspaniyaya qayıtmağa məcbur olub. 

İspaniya Kral Futbol Federasiyası sərhəd-keçid probleminin həlli üçün Türkiyə hakimiyyətinə müraciət edib.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin ilk turunda İspaniya Türkiyə millisini 6:0 hesabı ilə məğlub edib.

İkinci turda İspaniya sentyabrın 11-də Gürcüstan yığmasını qəbul edəcək.  

***09:36

İspaniya millisinin 18 yaşlı cinah oyunçusu Lamine Yamal DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə oyundan sonra pasportunu itirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu matçdan sonra uzun müddət pasportunu axtarıb, hətta paltardəyişmə otağına qayıtsa da, tapa bilməyib.

"Barcelona" ulduzu sənədi axtararkən bütün komanda bir saatdan çox gözləyib, lakin avtobus Yamalı pasportsuz aparmalı olub. 

O, sənədsiz olduğu üçün Türkiyəni tərk edə bilməyib.

Ağarza Elçinoğlu