2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün keçiriləcək. 

"Unikal" xəbər verir ki, A, G, J və E qrupunda ümumilikdə 8 qarşılaşma gerçəkləşəcək. 

A qrupunda yer alan Almaniya yığması Şimali İrlandiyanı qəbul edəcək. E qrupunda qərarlaşan Türkiyə millisi isə İspaniya seçməsi ilə üz-üzə gələcək.