"Rüsvayçı nəticə oldu".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundan sonra deyib.

O, məğlubiyyətdə hər kəsi günahlandırıb: "Nə topla, nə də topsuz bizdə heç nə alınmadı. Azərbaycan xalqından üzr istəyirik. Buna görə utanırıq".