Cəlilabad rayonunda iribuynuzlu heyvan quduzluqdan tələf olub.
"Unikal" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Kənd sakini, Mirhüseyn Hüseynov bir neçə gün öncə təsərrüfatındakı iribuynuzlu heyvanlardan birinin yem yemədiyini görərək baytar həkiminə müraciət edib. Əvvəlcə heyvanın zəhərləndiyi ehtimal edilsə də, aparılan müayinə zamanı onun quduzluq xəstəliyinə yoluxduğu məlum olub.
Bu müddət ərzində biləmədən heyvanla təmasda olan ailə üzvləri Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına müraciət edərək quduzluq əleyhinə vaksin vurulublar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Xəlil Əliyev