Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Bu barədə "Unikal"a agentlikdən məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.
*** 18:21
Bu gün saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.
*** 18:01
Astarada kütləvi zəhərlənmə olub.
"Unikal" Report-a istinadən xəbər verir ki, Astara rayonunda 15 yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.
Onlardan 10 nəfəri infeksion şöbəyə yerləşdirilib.
Fakt araşdırılır.