Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

"Unikal"ın məlumatına görə, hadisə Ağdaş-Qəbələ avtomobil yolunun rayonun Türyançay qəsəbəsi yaxinlığından keçən hissəsində baş verib. Əldə edilən ilkin məlumata görə iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarərləri alan Türyançay qəsəbə sakinləri - 1989-.cu il təvəllüdlü Nurlan Səfərov və 1998-ci il təvəllüdlü Namiq Abdullayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov