AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Neft sənayesində nanotexnologiyaların tətbiqinin riyazi modelləşdirmə laboratoriyasının müdiri, t.e.d., professor Eldar Şahbazov elmi nailiyyətlərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının ən yüksək mükafatlarından biri olan görkəmli Azərbaycan alimi, Dövlət mükafatları laureatı, Əməkdar elm və texnika xadimi, Fəxri neftçi “Akademik Azad Mirzəcanzadə adına gümüş medal” ilə təltif olunublar.

"Unikal" xəbər verir ki, medalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev təqdim edib.

Qeyd edək ki, bu medal dünyada azərbaycanlı alimin adına təsis edilən ilk beynəlxalq mükafatdır.