Xəbər verdiyimiz kimi, Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) bir neçə yüksək rütbəli məmuru saxlanılıb.

"Unikal" xəbər verir ki, Qazaxıstan dövlət agentlikləri nazirin saxlanılma xəbərini təkzib edir. 

Lakin ölkənin "Orda" nəşri nazir də daxil olmaqla bir neçə yüksək rütbəli şəxsin saxlanıldığını mənbələrə istinadən yayıb. Bunun fonunda nəşr KNB-nin saxlanılan zabitlərinin adlarını açıqlayıb.

Məlumata görə, nəzarətə götürülənlər arasında Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Əsgər Amerxanov, Milli Təhlükəsizlik Komitəsinin hazırkı sədr müavinləri - Altay Jakanbayev və Meyram Karataev var.  

Jakanbayev və Karataevin adları Kiyevdə müxalifətçi jurnalist Aidos Sadıkovun qətlində hallanır. 

"Buradan belə qənaətə gəlmək olar ki, həbslər Sadıkovun ölümü ilə, həmçinin, KNB-nin xarici kəşfiyyat xidmətinin direktor müavini Bauyrjan Alpışovun işdən çıxarılması ilə bağlıdır",-  nəşr əlavə edib. 

 Gülayə Mecid