Rusiya ukraynalı uşaqları Ukraynaya qarşı döyüşmək üçün Gənclər Ordusu hissələrinə qoşulmağa məcbur edir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
"Üç il yarım davam edən genişmiqyaslı müharibə ərzində Rusiya yüz minlərlə ukraynalı uşağı oğurlayıb. Onların bəziləri Rusiya Federasiyasının özünə deportasiya edilib, bəziləri isə işğal altında saxlanılır", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, ruslar üçün uşaqlar dəyərli bir mənbədir, çünki onları idarə etmək daha asandır: "Ukraynalı uşaqlar Rusiya təbliğatının yaratdığı reallığa məcbur edilir. Orada guya Ukrayna Donbasa hücum edib və rus əsgərləri rusdilli ukraynalıları qoruyur.
Bununla paralel olaraq, uşaqlara Rusiya haqqında danışaraq, "vətəni müdafiə etmək" öyrədilir. Aradan bir müddət keçir və Ukraynanın antaqonist olduğunu düşünən uşağa Rusiya Gənclər Ordusunun sıralarına qoşulmaq təklif olunur. Təbliğat üzərində böyüyən dünənki ukraynalı uşaq bu gün Kremlin Ukraynaya qarşı müharibəsində əlverişli alətə çevrilir".
Ağarza Elçinoğlu