Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən mənfəət kimi əldə etdiyi 1 milyard dolları Ukraynaya göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

"Dondurulmuş Rusiya aktivlərinin 1 milyard dolları Ukraynaya hərbi dəstək üçün istifadə edilib", - müdafiə naziri Con Healey deyib.

O, həmçinin bildirib ki, Britaniya öz silahlı qüvvələrinin döyüş hazırlığının səviyyəsini nəzərdən keçirir və atəşkəs əldə olunacağı təqdirdə onu Ukraynaya göndərmək niyyətindədir.

Gülayə Mecid