Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.
İki minik və bir yük avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.
Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.