Göygöldə evdən 86 yaşlı qadının meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

1939-cu il təvəllüdlü Q.Abbasovanın meyiti yaşadığı ünvanda aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov