Ağdərə rayonunda yanğın olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 120 m² olan tikilinin döşəməsi 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.