Lənkəranda "Toyota" markalı maşının sürücüsü velosipedçini vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Liman şəhər sakini 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə hərəkətdə olarkən velosipedçi Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev