Astarada 10 aylıq körpə hərarətdən ölüb.
"Unikal" xəbər verir ki, Astara rayon Siyəkü kənd sakini 2024-cü il təvəllüdlü (10 aylıq körpə) Elcan Taleh oğlu Həsənzadənin bu gün günortadan sonra bədən hərarəti qalxıb. Yaxınları uşağın qidadan zəhərləndiyini düşünüb ona ərzaq sodası veriblər. Bundan sonra körpənin halı pisləşib. Yaxınları körpəni təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıblar. Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev