Xəzər dənizinin dayazlaşması ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
Qazaxıstan prezidenti Astanada ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib. O hesab edir ki, problem təşkilat daxilində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilər.
Tokayev həmçinin 2026-cı ilin aprelində Astanada BMT ilə birgə regional ekoloji sammitin keçirilməsi qərarını açıqlayıb.