Pakistanda son bir həftədə musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 33 nəfər həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə Pəncab Fəlakət İdarəsi (PDMA) açıqlama yayıb. Bildirilir ki, avqustun 23-dən 31-dək baş verən daşqınlarda 33 nəfərin həyatını itirib, 8 nəfər isə yaralanıb.
Daşqınlar nəticəsində təxminən 2 milyon insan zərər çəkib, 506 yardım düşərgəsi yaradılıb və xilasetmə qrupları 7600 nəfəri təxliyə edib.