Polşa prezidenti Karol Navroçki Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb edib.

"Unikal" xəbər verir ki, onun sözlərini Polşa KİV sitat gətirib. 

"Biz Almaniya dövlətindən təzminat məsələsini həll etməliyik. Mən Polşa prezidenti kimi ümumi mənafe üçün qeyd-şərtsiz tələb edirəm", - Polşa lideri qeyd edib.

Onun fikrincə, bu, Berlin və Varşava arasında münasibətlərin və tərəfdaşlığın qurulması üçün zəruri addımdır. Navroçki təzminatların məbləğini açıqlamayıb.