Gürcüstan prezidenti Mixail Kavelaşvili amerikalı həmkarı Donald Trampa açıq məktubunda onu Gürcüstana diqqət yetirməyə çağırıb.  

"Unikal" xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

 "ABŞ prezidenti Gürcüstanın bütün qonşularına diqqət yetirib. Bu, Gürcüstan vətəndaşları arasında "təəssüf" yaradır"", - dövlət başçısı məktubunda vurğulayıb.

O qeyd edib ki, Tramp artıq “Azərbaycan və Ermənistanla sülh sazişinin rəsmiləşdirilməsinə, Türkiyə hakimiyyəti ilə fəal əməkdaşlıq qurmağa və hətta Vladimir Putinlə tərəfdaşlığı bərpa etməyə"  uğurla kömək edib. Kavelaşvili Trampı əmin edib ki, o, Tbilisinin Co Baydenin əvvəlki administrasiyası tərəfindən dayandırılmış ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək məqsədini şəxsən həyata keçirməyə hazırdır.

Gülayə Mecid