Tovuzda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qazıqulu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov ,1988-ci il təvəllüldü Ş.İsmayılova, 2023-cü il təvəllüdlü C.İsmayılov və 2017-ci il təvəllüdlü Z.İsmayılovdur.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakt araşdırılır.
Tural Əhmədov